Acita Kesakambala | |
---|---|
Doğum tarixi | e. ə. V əsr |
Vətəndaşlığı | |
Əsas maraqları | fəlsəfə |
Acita Kesakambala (sanskr. अजित केशकंबली; ??; e. ə. V əsr) — e.ə. VI—V əsrlərdə yaşamış Qədim Hindistan materialist filosofu.[1][2] O, Çarvaka məktəbinin öncül alimlərindən olmuşdur. Kesakambalanın Budda və Mahaviranın həməsri olduğu güman edilir. Onun adı birbaşa olaraq «insan saçından hazırlanmış paltara görə məğlubedilməz olan» deməkdir.
Kesakambalanın fikirlərinə görə, həqiqi idrak mənbəyi yeganə cismani təcrübədir. O, dinin ümumi qəbul edilmiş normalarını və mənəviyyatı tənqid etmişdir. Kesakambala dörd elementin – torpaq, su, atəş və havanın kombinasiyasını hər şeyin əsası kimi qəbul etmişdir. Onun fikirləri qədim yunan filosofu Demokritin fikirləri ilə müqayisə edilir.[3]
© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search